ABŞ-ın sabiq prezidenti Bill Klintonun nikahdankənar oğlu olduğu barədə məlumat yayılıb.
Unikal.org "Daily Mailə istinadən xəbər verir ki, Denni Uilyams adlı şəxs özünü Bill Klintonun oğlu kimi təqdim edib. O, anasının 1985-ci ildə pul qarşılığında siyasətçi ilə intim münasibətdə olduğunu bildirib.
30 yaşlı Denni fahişəlik edən anasının 1985-ci ildə siyasətçi ilə 13 dəfə münasibətdə olduğunu və hamilə qaldığını iddia edib. Onun sözlərinə görə, dərisinin açıq rəngdə olmasından anası uşağın atasının Klinton olduğunu başa düşüb.
Denni onu da bildirib ki, yeganə istəyi atasını yaxından tanımaqdır.
Qeyd edək ki, Arkanzas ştatının bir çox sakinləri Denninin həmin dövrdə ştatın qubernatoru olan Klintonun oğlu olduğuna əmindirlər.
Lenta.ru-nun məlumatına görə, uşaq vaxtında Dennini Klintonla tanış olmaq üçün prezident köşkünə aparıblar. Lakin Klintonun həyat yoldaşı Hillari bu görüşə mane olub. Bəzi KİV-lər isə Klintonun atalıq testindən keçməyə razılıq verdiyini, lakin testin nəticəsinin mənfi olduğunu iddia edirlər. Lakin Denni heç bir testdə iştirak etmədiyini vurğulayıb.
Digər Xəbərlər
2024-12-29 00:56:51
2024-12-29 00:43:44
2024-12-28 23:30:28
2024-12-28 23:15:39
2024-12-28 22:34:57
2024-12-28 22:14:29
2024-12-28 21:47:24
2024-12-28 20:31:59
2024-12-28 19:45:46
2024-12-28 19:13:53
2024-12-28 18:49:51
2024-12-28 18:00:08
2024-12-28 17:54:04
2024-12-28 17:45:09
2024-12-28 17:43:03
2024-12-28 17:37:07
2024-12-28 17:10:32
2024-12-28 17:01:32
2024-12-28 16:36:06
2024-12-28 15:43:00