Rusiyanın Perm şəhərində faciə baş verib.
Unikal.org RenTV-yə istinadən xəbər verir ki, effektli selfi çəkmək istəyən 12 yaşlı qız 17-ci mətrtəbədə yerləşən mənzillərinin pəncərəsindən yıxılıb. Məktəbli hadisə yerində həlak olub.
Mənbə bildirir ki, faciə baş verən an qızın anası evdə olub.
Polis hadisənin araşdırılmasına başlayıb.