Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vilayətdə fövqəladə vəziyyət rejimi tətbiq edib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə M.Saakaşvili özünün "Feysbuk" səhifəsində yazıb. "Mənim qərarımla Odessa vilayətində təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edilib. Güclü külək 3 nəfərin, o cümlədən 11 yaşlı uşağın ölümünə səbəb olub. Hazırda 100-dən çox yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib", M.Saakaşvili yazıb.
O qeyd edib ki, vilayət administrasiyasında fövqəladə vəziyyətlə əlaqədar operativ qərargah işə başlayıb: "Təbii fəlakətlə əlaqədar məktəblərdə dərsləri ləğv etməyi, fövqəladə vəziyyət üzrə xidmətlər istisna olmaqla, dövlət müəssisələrində işlərin məhdudlaşdırılmasını tövsiyə edirik. Külək zəifləməyənədək sakinləri evdən çıxmamağa çağırırıq".