Türkiyəli aktrisa Pelin Karahan xəstəxanada ürək xəstəsi olan uşaqlarla görüşüb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Pelin ürək əməliyyatı gözləyən 6 yaşlı Vanlı, Məhəmməd Əminlə çəkdiyi videonu "İnstaqram" səhifəsində paylaşıb. Balaca Əmin, onun çox gözəl olduğunu və onunla evlənmək istədiyini söyləyib. Bundan çox təsirlənən aktrisa belə bir şərh yazıb:
"Kiçik, yaralı qəlbi o qədər zərifdir ki... Bir o qədər də cəsurdur, mənimlə evlənmək istəyir. Toyumuz Van gölündə olacaq... Bu gün onunla təsadüfən tanış olduq. Bu uşaqlar mənim üçün artıq kiçik qəhrəmanlardırlar. Aralarında 20 günlük körpə də var, 16 yaşlı yeniyetmələr də. Hamısı tək bir şeyi insana xatırladır: həyatdakı ən önəmli şey can sağlığıdır. Allah bütün övladlarımızı bizə bağışlasın".