Yılmaz Erdoğanın rejissorluq etdiyi "Ekşi elmalar"ın İstanbulda qala gecəsi baş tutub.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, gecədə filmin yaradıcı heyəti ilə yanaşı qonaqlar da iştirak edib. Onlar arasında Emel Müftüoğlu, Arzum Onan, Özge Özpirinçci, Gupse Özay, Ahu Yağtu, Ziynet Sali, Büşra Pekin, Gökçe Bahadır və digərləri olub.
Lakin qala gecədən sonra təşkil edilən partidə xoşagəlməz anlar yaşanıb. Məkanlardan birində əylənən sənətçilərin və musiqinin səsi ətrafda yaşayan sakinləri narahat edib. Şikayətlərin artmasından sonra səhərə yaxın saat 5-də polis məkana gələrək partinin bitirilməsini tələb edib.