Fətullah Gülənin başqa bir ölkəyə qaçmaq üçün planlar hazırladığına dair əlimizdə məlumatlar var.
Unikal.org-un "Hurriyet"ə istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqtonda olan Türkiyənin Ədliyyə naziri Bekir Bozdağjurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə, "Hizmet" hərəkatının lideri Kanada, Belçika, Norveç və Braziliya kimi ölkələrə qaçmaq üçün axtarışlar aparır və bunun üçün də bəzi ölkələrin rəhbərləri ilə əlaqə qurmağa çalışır:"ABŞhökuməti və xalqı Türkiyənin bu məsələdəki həssaslığını başa düşməyə çalışmalıdır. Əgər Barak Obama və ailəsinə sui-qəsd cəhdi edilsə, xalqın üzərinə tanklar sürülsə, 241ABŞvətəndaşı öldürülsə, bu terroru törədən təşkilatın rəhbəri Türkiyədə olsa və TürkiyəABŞ-ın həmin qatilin təhvil verilmə tələbinə müsbət və ya mənfi cavab versəydi,ABŞhökuməti və xalqı özünü necə hiss edərdi?
Hər kəs bilsin ki, biz Gülənin sərbəst gəzməyini qəbul edə bilmərik. ABŞ Gülənin Türkiyəyə təhvil verilməsinə razılıq verməsə, bu, iki ölkə arasında əlaqələrin pisləşməsinə səbəb olacaq. Üsamə Bin Laden ABŞ üçün nə məna kəsb edirsə, Fətullah Gülən də Türkiyə üçün eyni mənanı daşıyır.
ABŞ-ın Türkiyəni bir terrorçuya qurban verməyəcəyinə hələ də ümid edirəm".