Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, böyük dövlətin rəhbəri olduğundan hələ ki pensiyaya çıxa bilmir.
Unikal.org xarici mediaya istinadən bildirir ki, o bu haqda "Valday beynəlxalq diskussiya klubunun illik iclasının yekun plenar sessiyasında danışıb.
Onun fikrincə, indi pensiya vaxtı deyil, ancaq gələcəkdə sağ-salamat pensiyaçı ola bilər.
"Hörmətli moderator mənə sağ-salamat pensiyaya çıxmağı arzuladı. Mən də özümə bunu arzulayıram. Vaxtı çatanda, bunu etmək lazımdır. Mən hələ ki pensiyada deyiləm, böyük dövlətin fəaliyyətdə olan rəhbəriyəm. Mən təmkinli olmalıyam, öz ifadələrimdə aqressivliyə yol verməməliyəm. Şəxsən deyərdim ki, bu mənim üslubum da deyil, - Putin söyləyib.