Çin casusları dəfələrlə ABŞ-ın milli təhlükəsizlik qurumları sıralarına daxil olaraq, Pentaqonun Çinlə mümkün münaqişəyə dair məxfi planlarının üstünü açmağa nail olublar.
Bu barədə "Vaşinqton Fri Bikon nəşri Konqress komissiyasının hesabatına istinadən məlumat yayıb.
Sənəd layihəsində qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu (FTB) və ABŞ-ın Sakit okean komandanlığı (USPAKOM) kimi qurumlar Çin casuslarının hədəfi olub.
Ən səs-küylü casus qalmaqalı USPAKOM-un polkovnik-leytenantı Benjamin Purs Bişopla bağlı olub. O, 2014-cü ilin martında münasibətdə olduğu çinli qadına məxfi materiallar ötürdüyünü etiraf edib.
USPAKOM-un daha bir neçə vəzifəli şəxsinin də Çin kəşfiyyatına işlədiyi bildirilib.
Hesabatın tam mətni noyabrın 16-da dərc ediləcək.