Dünyanın ən yaşlı şahmatçısı Samuil Juxovitskiy 100 yaşında ölüb.

Unikal.org Lenta.ru-ya istinadən xəbər verir ki, idmançı Rostovda vəfat edib. Bu barədə qrossmeyster Vasiliy Papin məlumat yayıb.

Juxovitskiy 1916-cı ildə Odessada anadan olub. O, peşəkar şahmat fəaliyyətinə 1940-cı ildən başlayıb.