Mahaçqalada bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı 360-a çatıb, onlardan 265-i uşaqlardı.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, xəstələrə lazımi tibbi yardım göstərilir, onların həyatlarına təhlükə yoxdur.

İlkin versiyaya əsasən, zəhərlənməyə içməli su səbəb olub. Hadisənin sakinlərin istifadə etdiyi içməli suyun yağış sularına qarışması nəticəsində baş verdiyi ehtimal olunur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.