End Screens adlı yeni funksiya videonun sonuncu 5-20 saniyəsinə mobile-friendly iikonlarını əlavə etməyə imkan verəcək.
Unikal.org technote.az saytına istinadən xəbər verir ki, həmin ikonlar isə istifadəçini müəllifin digər videolarına, kanalına və ya tərəfdaşın videolarına yönəldəcək.
Həmçinin reklam məqsədli müəyyən mənbələrin linklərini də əlavə etmək imkanı olacaq. Daha əvvəllər videolara linklər əlavə etmək üçün müəlliflər Annotations adlı tətbiqdən istifadə edirdilər. Artıq buna ehtiyac yoxdur. "Buna artıq ehtiyac yoxdur. Belə ki, yeni End Screens-ləri yaratmaq həm çox asandır, həmdə onların köməkliyi ilə müəlliflər mobil və web versiyalarda daha çox baxış sayı yığa biləcəklər - deyə bildirilib.
Özündə sayca 4 element daşıya biləcək ikonu videonun son 5-20 saniyəsi ərzində istənilən yerdə yerləşdirmək olacaq. Oxu ikona yaxınlaşdıran zaman o genişlənərək daxilində olan linklər barəsində daha ətraflı məlumatları əks etdirəcək.