Rusiya Liberal Demokrat Partiyasının sədri, qalmaqallı siyasətçi Vladimir Jirinovski Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı tərifləyib.
Unikal.org odatv-yə istinadən xəbər verir ki, Jirinovski Ərdoğanın Rusiyanın adamı olduğunu deyib və heç kimin onu hakimiyyətdən salmağa cəsarət edə bilməyəcəyini bəyan edib.
"Rossia 1 telekanalında yayımlanan verilişdə qonaq olan siyasətçi bildirib ki, Türkiyə ilə bağlı aparılan beynəlxalq siyasətə müdaxilə etmək məcburiyyətindədirlər: "Biz Ərdoğanı müdafiə etməliyik. Gərək cənub sərhədlərimizi Ərdoğana həvalə edək və o, Suriya və İraqda istədiyini etsin. Sonra İran da bizə qoşulacaq.