ABŞ-ın Kentaki ştatında yaşayan bir ailənin övladı olan Matteu Riddıl adındakı yeddi aylıq körpə, çox nadir görülən bir xəstəlik ilə doğulub.
Unikal.org-un məlumatına görə, bu, körpənin xəstəliyi "primordial dvarfism" olaraq adlandırılır. Bu xəstəlik, körpənin fiziki inkişafına təsir edən bir xəstəlik növüdür. Dünyaya gələndə 1 kiloqram 300 qram ağırlığında olan Matteu, indi yeddi aylıq olmasına baxmayaraq, görənlər onu yeni doğulmuş bir körpə sanır.
Kaliforniyada müalicə alınan Matteunun həkimləri, onun qarşılaşa biləcəyi iflic, beyin anevrizması kimi həyati risk daşıyan xəstəliklərə mane olmağa çalışırlar, körpənin inkişafı üçün əllərindən gələni edirlər.