İranın Kohgiluyə və Boyer-Əhməd əyalətində, Bəhməi şəhərində baş vermiş atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb.
Unikal.org xəbər verir ki, 3 nəfər maskalı şəxs "Pejo markalı avtomobil ilə Bəhməi şəhərinin Likək qəsəbəsində məhkəmənin qarşısında avtomat silahla insanlara atəş açıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralananlardan birinin vəziyyəti ağırdır.
Silahlı şəxslər Xuzestan əyaləti istiqamətində qaçarkən yolda qəzaya uğrayıblar. Qəza nəticəsində hücum edən şəxslərdən biri həyatını itirib. Cinayəti törədən digər iki nəfər isə həbs olunub.
Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.