Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin 4 generalını vəzifəsindən azad edib.
Unikal.org-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, vəzifəsindən azad edilənlər daxili işlər nazirinin köməkçisi, polis general-mayoru Andrey Viktoroviç, Başqırdıstanın daxili işlər naziri, polis general-leytenantı Mixail Zakomaldin və RF DİN-in baş müfəttişi, polis general-leytenantı Yevgeniya Martınovadır.
DİN generalı, Daxili Qoşunların baş komandanının birinci müavini Aleksandr Butin isə hərbi xidmətdən kənarlaşdırılıb.
V.Putinin fərmanına əsasən, Leninqrad vilayətinin prokuroru Stanislav İvanov da vəzifəsindən azad edilib.