Qərənfil bitkisinin daxilində olan eugenol maddəsini yüngül və orta şiddətli diş və diş əti ağrılarına qarşı sakitləşdirici kimi istifadə edilə bilərsiniz.

Vəsaitlər:

1/2 çay qaşığı toz qərənfil
1/2 çay qaşığı Hindqozu yağı

Hazırlanması:

Hindistan qoz yağını və qərənfili bir stəkanın içində qarışdırın. Qarışıq həll olandan sonra bir pipet köməyiylə ağrıyan dişinizə damladın. Bir müddət sonra ağrınız azalacaq. Bu məlhəmi ağrıyan dişinizə gündə üç dəfə tətbiq edə bilərsiniz.