İran İslam İnqilabi Keşikçiləri Korpusunun generalı Zakir Heydəri Suriyanın Hələb şəhərində gedən döyüşlər zamanı öldürülüb.
Unikal.org axar.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycanda yerləşən Aşura Qüvvələrinin keçmiş komandanı olan Heydəri təqaüdə çıxdıqdan sonra Suriyada hərbi müşavir kimi fəaliyyət göstərirdi.
Qeyd edək ki, 5 ildir Bəşər Əsəd rejiminə dəstək verən İran hökuməti indiyədək bir neçə generalını Suriyada itirib.