Barak Obamanın 11 milyon izləyicisi olan Twitter hesabı Ağ Evin növbəti sahibinə veriləcək.
Unikal.orgxəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.
@POTUS hesabının rəsmən yeni prezidentə verilməsi 2017-ci il yanvarın 20-da baş tutacaq. Həmin gündən səhifə 45-ci prezidentin adından məlumatlar yayacaq.
Obamanın adından yazılan bütün tvitlər isə keçmiş prezidentin @POTUS44 ünvanlı rəsmi mikrobloquna köçürüləcək.
Qeyd edək ki, Obama - ABŞ-ın sosial şəbəkələrdən aktiv istifadə edən ilk prezidentidir. O, Twitter-də statuslar yazır, Facebook və YouTube-da canlı yayımlar təşkil edərək, suallara cavab verir.