Alibaba, bu il də "Yalnızlar Günü"nü böyük bir qazancla bağlamaq üzrədir. Keçən il 11 Noyabrın ilk 8 dəqiqəsində 1 milyard dollar satış edən Alibaba, bu il ilk iki saatda 7 milyard dollarlıq və ilk 16 saatda 13.7 milyard dollarlıq satış etdi. Xatırladaq ki, keçən il 11 Noyabrda ümumi satış məbləği 14,3 milyard dollar olaraq qeydə alınmışdı.

Unikal.org-un məlumatına görə, Çinin ən böyük e-ticarət çılğınlığı olaraq bilinən "Yalnızlar Günü", əlbəttə ki, Alibaba üçün olduqca gəlirli bir gündür və Alibaba bu günə özəl müxtəlif endirim kampaniyalarına səhnə olur.

Statistik məlumatlara görə Alibaba, ilk iki saatda 7 milyard dollarlıq satış edib və bu həcm keçən ilin bütün günlük satışının hardasa yarısıdır. İlk 12 saatda 12 milyard dollarlıq əməliyyata şahidlik edən Alipay 11 Noyabr 2016 tarixi üçün 24 saatda tam olaraq 121 milyard çin yuanı yəni 18 Milyard dollarlıq dövriyyədə rol oynayıb.

Lakin xatırladaq ki, Alibaba-nın bu rəqəmləri şirkətin özünə qalan gəlir deyil və Alibaba əsas gəlirini reklamlardan əldə edir. Yenə də vurğulamaq lazımdır ki Yalnızlar Günü, Alibaba üçün ömrünün ən gəlirli günlərindən biri oldu. Əlbəttə ki şirkət bu günün reklamını etmək üçün çox yüksək məbləğdə reklam büdcəsi də ayırıb və bunun haqqınıda uğurla verdi. technote.az