Ermənistanın kriminal hərbi-siyasi rejiminin və Dağlıq Qarabağda olan separatçı-quldur dəstələrin fəaliyyəti nəticəsində əhalinin kütləvi şəkildə Ermənistanı və işğal olunmuş əraziləri tərk etmələri davam edir.
Bu günlərdə Ermənistan əhalisinin sayı açıqlanıb. Milli.Az xəbər verir ki, məlumata görə, bu ilin ilk 9 ayında Ermənistan əhalisinin sayı 4700 nəfər azalıb. 2016-cı il yanvarın 1-nə isə Ermənistan əhalisinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 min nəfər az olub.
Ümumiyyətlə, 1991-ci ildə "müstəqillik" əldə etdikdən sonra Ermənistan əhalisinin sayının rəsmi olaraq 634,7 min nəfər azaldığı göstərilir. Müstəqil tədqiqatçıların hesablamalarına görə isə Ermənistanı son illər 700 mindən çox adam tərk edib və hazırda bu ölkədə faktiki yaşayanların sayı 1 milyon 200 min nəfərdən artıq deyil.
Ölkədə hökm sürən rejim demoqrafik böhranın qarşısını almaq məqsədilə müxtəlif yollara əl ataraq dünyanın başqa qaynar nöqtələrində yaşayan ermənilərin də Ermənistana və işğal edilmiş ərazilərə köçürülməsinə çalışır.
