İşsizlərin 38 faizi qadınlardır

Bu ilin dekabr ayının 1-i vəziyyətinə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb. 

Unikal.org xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir.

Hesabata əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33,4 min nəfər olub, onların 38 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 243,4 manat olub.

İşsizlik statusu alanlardan 14 963 nəfəri məhz Bakının payına düşür. Onlardan 954 nəfəri isə işsizliyə görə müavinət alır.