Xəzərdə estakadanın uçması nəticəsində itkin düşən neftçilərin axtarışına helikopter cəlb edilib. 

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 2016-cı il dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində əsən güclü külək nəticəsində "Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin dərhal axtarışına başlanıb.

Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin "Vixr-5 və "Vixr-8 gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Svetlomor-2 gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.


***

Xəzər dənizində baş verən qəza nəticəsində itkin düşənlərin axtarışlarına başlanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nazirliyin "Vixr-5 və "Vixr-8 gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır.