Dekabrın 14-də Heydər Əliyev Sarayında SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı, ölməz korifey sənətkarımız Rəşid Behbudovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.
Unikal.org-un məlumatına görə, tədbir Prezident İlham Əliyevin sənətkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub. Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar. Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarın ömür yolundan və Azərbaycan musiqisinin təbliğindəki xidmətlərindən danışıb.
Tədbirin bədii hissəsi Rəşid Behbudovun öz ifasında "Azərbaycan mahnısının videolentinin nümayişi ilə başlayıb.
Gecədə tanınmış musiqiçilər Rəşid Behbudovun repertuarından "Tələsin insanlar, "Sevgilim, "Alagöz, "Bahar sənsiz, "Əziz dost, "Sənə də qalmaz, "Gözəlim sənsən, "Qızıl üzük və digər mahnıları ifa ediblər.
Həmçinin Rəşid Behbudovun öz ifasında lentə alınmış mahnılar yenidən təqdim olunub və alqışlarla qarşılanıb.
Sonda bütün musiqiçi iştirakçılar birlikdə "Azərbaycan mahnısını səsləndiriblər.