Xəbər verdiyimiz kimi ,bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
Yayılan məlumata görə, baş verən hadisə nəticəsində itkin düşən neftçilərdən birinin cəsədi tapılıb. Həmin şəxsin operator Cavid Bəhramov olduğu bildirilir.
Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, itkin düşən neftçilərdən 5-i Ələt qəsəbə sakindir.
1.Zülfüqarov GüloglanHacıbala oğlu 23 dekabr 1965-ci ildə anadan olub. Səkkiz uşaq atasıdır.
2.Zülfüqarov AzayHacıbala oğlu 8 avqust 1971-ci ildə anadan olub. İki uşaq atasıdır.
Faciə nəticəsində itkin düşən neftçilərdən ikisi - Zülfüqarov Güloglan Hacıbala oğlu və Zülfüqarov Azay Hacıbala oğlu qardaşdırlar. G.Zülfüqarovun əkiz qardaşının adı Çingizdir.
3.Qafarov İlhamƏlihüseyn oğlu 6 mart 1967-ci ildə Ələt qəsəbəsində dünyaya gəlib. 3 uşaq atasıdır.
4. Bəhrəmov CavidAyatxan oğlu 23 sentyabr 1967-cı ildə anadan olub. 3 uşaq atasıdır.
5. Əsədov SamirAtabala oğlu 4 yanvar 1979-cu ildə Ələt qəsəbəsində doğulub. 3 uşaq atasıdır.