Rusiya Təhlükəsizlik Xidməti (FSB) İŞİD-in Moskvada planlaşdırdığı silsilə terror hücumlarının qarşısını alıb.
Qurumdan verilən açıqlamada hücumların təşkilatın Türkiyədəki komandiri tərəfindən planlaşdırıldığı qeyd olunub:
"Bir neçə Tacikistan vətəndaşı və bir Moldova vətəndaşından ibarət qrup kustar üsulla hazırlanmış çox güclü bombalardan istifadə edərək terror hücumu hazırlayıb. Qrup üzvləri yaxalanaraq terror hücumlarının qarşısı alınıb.