Xəbər verdiyimiz kimi ,bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

mirvari qəhrəmanlı ile ilgili görsel sonucuUnikal.org xəbər verir ki, yaşanan hadisə ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhramanlı baş verən hadisə ilə bağlı dolayısı yolla Dövlət Neft Şirkətini (SOCAR) günahlandırıb.

O deyib: "Bu gün uçan estakada 1970-ci illərdə tikilib və indiyə kimi xırda təmir işlərini istisna etsək, heç bir əsaslı təmir işi aparılmayıb. Balansda da qəzalı və işlək olmayan estakada kimi göstərilirdi. Estakada uçarkən özünə bitişik işlək meydançanın bir hissəsini də çəkib, hansı ki işçilərin olduğu budka yerləşirdi. Bu işdə tikinti, keyfiyyət yox , birbaşa təhlükəsiz istismar sorğulanmalıdır. Bilmək istərdim, qəzalı estakadaya bitişik hissədə budka qoymaq riskini anlamayan adamlar haqqında hansı ölçü götürüləcək?.

İlgili resimNeft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban baş verən hadisə ilə bağlı öz facebook səhifəsində bunları yazıb:

"Nərimanov NQÇİ hasilatı platformalar üzərindən həyata keçirmir. Yataqlar dənizin dayaz hissəsində yerləşdiyindən (10-30 metr) onların istismarı estakada üsulu və qazma prosesi isə meydançalardan (ploşadka) həyata keçirilir. Meydançalar nədir? Onların qalıqlarını Pirallahı adasına gedənlər daha yaxından görüblər, təyyarə ilə Bakıya gələnlər isə çox zaman məhz Nərimanov NQÇİ-nin meydançaları üzərindən eniş edirlər. Görünür ki, onların nə qədəri artıq ömrünü başa vurub hətta. Əlbətt də, 40-50 il istismarda olub və laylardan karbohidrohen ehtiyatları çıxartdıqdan sonra sadəcə ömürlərini başa vurublar. Sovet zamanı isə ekologiyaya ümumiyyətlə heç fikir vermirdilər və heç maddə də yox idi ki, bu meydançaları, estakadaları sonra ləvğ etsinlər.
SOCAR-ın balansında hazırda olan bu qurğuların vəziyyətinə gəlincə isə...onların yararlığına dair hər il müvafiq Dövlət Orqanları rəy verirlər. Necə ki, avtomobilin idarə edilməsi üçün "texosmotr" deyilən bir vacib sənədləşmə prosedurundan keçmək vacibdir.

Elvin Rüstəmov