Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun meyiti müayinə olunub.

Unikal.org axar.az-a istinadən bildirir ki, ekspertlər cinayətkarın səfirə 11 dəfə atəş açdığını, bunlardan 9-nun səfirə dəydiyini təsbit edib.

Hadisədən sonra zərərsizləşdirilən Mövlud Mərd Altındaşın sui-qəsd zamanı istifadə etdiyi silahın markası da açıqlanıb.

Altındaşın səfiri öldürmək üçün NATO standartlarına uyğun 9x19 kalibrli, darağı 15+1, 18+1, 20+1 olaraq dəyişən "Canik" markalı tapançadan atəş açdığı məlum olub.