Azərbaycanın Şimal-Qərb bölgəsində zəlzələ baş verib.

Unikal.org bildirir ki, təbii fəlakət Zaqatala, Balakən və Qax rayonlarında hiss olunub.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi məlumatı təsdiqləyib.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 20:40-da Zaqataladan 20 km. Şimal-Qərbdə, Balakəndə qeydə alınıb. Zəlzələ Balakən-Zaqatalada 4 bala qədər, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub. Zəlzələ yerin 3 km. dərinliyində qeydə alınıb.