"Qarabağın yarımmüdafiəçisi Riçard Almeyda komanda ilə yollarını ayıra bilər. Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçinin karyerasını İtaliyada davam etdirmək variantı yaranıb.
Bu barədə İtaliyanın "tuttomercatoweb.com saytına açıqlamasında oyunçunun meneceri Qaetano Montalbano məlumat verib.
O bildirib ki, müştərisinə xeyli təklif gəlib: "Riçardın ikisi İtaliyadan olmaqla, çoxlu təklifi var. A seriyasında çıxış edən bu klublardan biri yayda Almeydanı heyətinə qatmağa yaxın idi. Ancaq həmin vaxt keçid alınmadı. Bununla belə, klub Almeydanı izləməyə davam etdi. Riçardın həmin komandaya keçidi yanvarda baş tuta bilər. O, həm yarımmüdafiənin mərkəzində, həm də sol cinahında oynamağı bacarır. Çox yaxşı sol ayağa sahibdi. "Qarabağın Avropa Liqasının qrup mərhələsinə düşməkdə böyük rol oynadı.
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən "Qarabağın formasını geyinir.