İran "Talaş" raket kompleksi və Sayad-3 raketlərini sınaqdan keçirib.

Unikal.org xəbər verir ki, bu barədə informasiyanı "Tasnim agentliyi yayıb. Sayad-3 raketi "Talaş" raket komplekslərindən buraxılıb. Agentlik bu komplekslərin ilk dəfə sınaqdan keçirildiyini bildirib.

Qeyd edək ki, Sayad-3 raketləri 150 kilometrə qədərki bütün hədəfləri məhv etmək gücündədir. Həm Sayad-3 raketi, həm də "Talaş" kompleksi İran istehsalıdır.