Terror təşkilatları Qəndildə toplantı keçirib 

Türkiyədə fəaliyyət göstərən 10 terror təşkilatı birləşməklə bağlı qərar qəbul edib. Unikal.org Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı İraqın şimal-qərbindəki Qəndil qəsəbəsi yaxınlığında toplantı keçirilib. PKK terror təşkilatının rəhbər şəxslərindən olan Duran Kalkan toplantıdan sonra açıqlayıb ki, bundan sonra Türkiyəyə qarşı birgə hərəkət edəcəklər.
 
 
Türkiyə dövlətinə qarşı birləşərək yeni hərəkat yaradan teroro təşkilatları bunlardır: Marksist Leninist Kommunist Partiyası (MLKP), Türkiyə Kommunist Partiyası/Marksist Leninist Harəkatı (TKP/ML), İnqilabçı Kommunist Partiyası (DKP), Maoist Kommunist Partiyası (MKP), Türkiyə Kommunist Əmək Partiyası - Leninist (TKEP-L), Türkiyə Qiyamçı Kommunist Birliyi (TİKB), Türkiyə Xalq Qurtuluş Partiyası Cəbhəsi / Marksist Leninist Silahlı Təbliğat Birliyi(THKP-C/MLSPB) və İnqilabçı Qərargah Təşkilatı.
 
PKK-ya birləşən bu təşkilatlar bundan sonra "Xalqların Birləşmiş İnqilab Hərəkatı"ı adı altında fəaliyyət göstərəcək.