Azərbaycanın tanınmış simalarının böyük əksəriyyəti aktiv sosial şəbəkə istifadəçiləridir.
Demək olar ki, onlar şəxsi "Instagram, "Facebook, "Twittervə s. səhifərində yaydıqları klip, fotoşəkil, tənqidi fikir və müxtəlif paylaşımları ilə tez-tez gündəmə gəlirlər. Buna görə onları bəyənən, bəyənməyən, qınayan, bir sözlə, müxtəlif fikir bildirən izləyiciləri olur.
Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə yayılmış növbəti paylaşımlardan biri də qınaq xarakterlidir. Söhbət müğənnilər Mətanət Əsədova, Nadir Qafarzadə və Əməkdar artist Elza Seyidcahandan gedir.
Hər üç məşhur "Facebook hesabında müxəlif şərh paylaşıb, ammahər biri eyni sözü - "səhv sözünü düzgün yazılış qaydasında yazmayıb. Ümumiyyətlə, bir cümlədə bir neçə qrammatik səhvə yol veriblər.
Məsələn, Nadir Qafarzadə"Bilinmir ki, kim kimin səhvini tutur, biabırçılıq, Mətanət Əsədova "Səhv sözünü düz yaza bilmir, bağışlamaqdan danışır, Elza Seyidcahan isə "Bir insanın səhvini bir dəfə bağışlayıram, çünki ikinci şansı olmuryazmaq istədiyi halda, Azərbaycan ədəbi dilinin norma və üslublarını kobud şəkildə pozaraq aşağıdakı formada paylaşım edib. Bu isə yenə də sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb.