Uzun illərdir ki, ruhi əsəb dispanserində müalicə alan Arda Kuralın evi yanıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, müalicədən sonra karyerasına davam edən aktyorun evinin bəzi hissələri yararsız hala düşüb. Xoşbəxtlikdən aktyor yanğından sağ-salamat çıxıb. Onun sadəcə ayağı və əli yanıb.
Xatırladaq ki, şizofreniyadan əziyyət çəkən aktyor bir müddət küçədə səfil vəziyyətdə yaşayıb.