Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Trampın hobbiləri arasında avtomobil kolleksiyası toplamaq da var. Onun bu kolleksiyasının çox geniş olduğu qeyd edilir.
Unikal.org xəbər verir ki, hazırda mətbuatı düşündürən əsas sual Trampın bu avtomobillərinin Ağ evin həyətinə sığıb-sığmayacağı ilə bağlıdır.
Onun avtomobil kolleksiyasında iki Rolls-Royce var. Trampın bu markaya xüsusi bir heyranlığı olduğu bilinir. 1956-cı ilin modeli olan bu maşın Rolls-Royce Silver Cloud kolleksiyasının ilk avtomobilidir. Prezidentin aldığı sonuncuRolls-Royce isə 1960-cı il istehsalıdır. O, bu nəqliyyat vasitəsini idarə etməyi çox sevir.
Trampın kolleksiyasında ən bəyəndiyi avtomobillərinbaşında Mercedes-Benz SLR McLaren gəlir. O, bu avtomobili 2005-ci ildə 544 min dolara satın alıb.
"Elektrik enerjisi ilə işləyənTeslasız bir avtomobil kolleksiyası düşünə bilmirəm. Bu sözlər də ABŞ-ın yeni prezidentinə məxsusdur. Trampın kolleksiyasında bir Tesla Roadster də var. Teslanın ilk avtomobili olan iki nəfərlik və banıaçılan Roadster modeli 2008-2012-ci illər rasında istehsal edilib. Prezidenti bu avtomobildən istifadə edib-etmədiyi dəqiq məlum deyil.
Onun kolleksiyasındakı diqqət çəkən avtomobillərdən biri dəMaybach S600-dir. Komfort cəhətdən digər nəqliyyat vasitələrindən çox irəlidə olan bu avtomobilin ən vacib özəlliyi isə zirehli olmasıdır. Silahlara və bombalı hücumlara qarşı dayanıqlı olan S600 dünyada adətən hökümət başçıları tərəfindən istifadə edilir.
Trampın kolleksiyasında olanavtomobillərdən biri də 1997-ci il istehsalı olan Lamborghini Diablodur. O, bu maşını 2002-ci ildə alıb və qısa bir müddət istifadə edib.
Onun avtomobil kolleksiyasında olanChevrolet Camaronun maraqlı bir hekayəsi var. Trump NASCAR Indianapolis 500 yarışının 100-cü ilində təhlükəsizlik avtomobiliniistifadə etmək istəyib.Ancaq Nascar sevənlərin reaksiyası üzərinəbu istəyini gerçəkləşdirə bilməyib.O, bundan sonra həmin avtomobilin daha dözümlüsünü alıb.a24.az