Səlahiyyətlərinin icrası başa çatmaqda olan ABŞ prezidenti Barak Obamabu gün Ağ Evdə keçirilən vida şənliyinə şou-biznes ulduzları da dəvət edib.
Unikal.org xəbər verir ki, bu barədə CNN telekanalının prodüseri Batsi Klyayn"Twittersəhifəsində yazıb.
Prodüser bildirib ki, B.Obamanın prezident vəzifəsindən gedişi ilə əlaqədar Ağ Evdə təşkil edilən şənliyə müğənni Beyons və onun həyat yoldaşı, reper Jay-Z, məşhur amerikalı teleaparıcı Opra Uinfri, aktyorlar Samuel L.Cekson və Bredli Kuper, müğənni və bəstəkar Stivi Uander, Oskar qazanan aktrisaMerip Stripvə başqaları dəvət edilib.
Xatırladaq ki, B.Obamanın səlahiyyətləri yanvarın 20-də başa çatır. Elə həmin gün yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimi keçiriləcək.