İlin ən şok hadisəsi Ancelina Coli və Bred Pittin ayrılığı olub

Ötən il faciələrlə, terrorla yanaşı bəzi məşhurların ayrılıq və evlilikləri ilə də yadda qaldı. 

Unikal.org istipress.com-a istinadən ötən ilin ən yadda qalan evlilik və boşanmalarını təqdim edir:

"İntiharçılar dəstəsi" filminin böyük uğurundan sonra əsas qəhrəmanlardan biri Marqo Robbi ərə getməyin əsl zamanı olduğunu düşündü və addım atdı. O, uzun müddət sevgili olduğu Tom Akerli ilə həyatını birləşdirdi. Kinorejissor və aktrisa 2013-cü ildən tanış idilər.

Avstraliyadan olan cütlük qapalı mərasim keçirib. Marqo ancaq "İnstagram" da bir neçə foto yerləşdirib. Toyun detallar isə açıqlanmır.


Bərabərliklərini rəsmiləşdirən cütlüklərdən biri də aktyor Şaya LaBaf oldu. O, aktrisa olan sevgilisi Mii Qota evlilik təklifinə ötən ilin oktyabrında müsbət cavab alıb və nişanlanıb. Las Veqasdakı nişan ona 700 min dollara başa gəlib.


Hollivudun yumor ustası Kevin Hart ikinci dəfə evlənib. Onun seçimi isə model Eniko Parriş olub. Avqust ayında cütülük təbiət qoynuda klassik toy edib.

Onların ortaq maraqları tanışlıqları üçün əsas olub. Belə ki, aktyor və model yumoru və idmanı çox sevir. Cütlük tez-tez fintes salonlarındakı birgə məşqlərindən fotolar da paylaşmağı unutmur.

Son 12 ayın ən gözlənilməz boşanması isə şübhəsiz ki, Ancelina Coli və Bred Pittin oldu. Uzun illər birlikdə olan, 6 uşaq tərbiyə edən cütlük qəfil qərarla sevənlərinə əsl şok yaşatdılar.

Boşanma prosesi bir neçə aydır davam edir. İddiaya görə, onlar 3-ü doğma, 3-ü övladlıq olan uşaqlarını paylaşa bilmirlər.

Conni Depda ötən il aktrisa olan həyat yoldaşı Ember Hert ilə yollarını ayırdı. Cütlük 2015-ci ilin fevralında toy etmişdi. Məhkəməyə müraciət edən Ember ərinin içkinin və narkotikin təsiri altında ona əl qaldırdığını iddia edib. Amma qadının əlində hər hansı sübut olmayıb.

"Çarlinin mələyi" Drü Berrirmor art-konsultant olan, 2012-ci ildə ərə getdiyi sevgilisi Uil Kopelman ilə münasibətini bitirdi. Aktrisa 3-cü əri ilə də dil tapa bilməyib. Cütülüyün 2 və 4 yaşl iki övladı var.