Ədliyyə Nazirliyi Quba rayon məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsi ilə bağlı xidməti yoxlamalara başlayıb.

Nazirlikdən verilən məlumatda bildirilir ki, hazırda məsələ ilə bağlı yoxlamalar davam etdirilir:

"Yaxın günlərdə yoxlamaların nəticələri yekunlaşacaq və ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə Quba Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.