1908-ci ildə Hacınski qardaşları tərəfindən inşa edilmiş 18 000 ton ağırlığında olan, tarixi - memarlıq abidəsi kimi qeydiyyata alınmış, 2013-cü il aprel ayıın 23-27 -də 10.5 metr sürüşdürülən binada vəziyyət heç də ürəkaçan deyil. Binanın bir hissəsində artıq çökmə müşahidə edilir.

Unikal.org xəbər verir ki, Füzuli küçəsi-39 ünvanında yerləşən tarixi binanın birinci mərtəbəsində bir neçə iaşə obyekti olsa da, artıq binanın bir hissəsində çökmə başlayıb. Binanın bir hissəsinin torpağa batması açıq-aydın müşahidə edilir.

Binada çökmə başladığı üçün binanın ətrafındakı daş piltələr də artıq dağılmağa başlayıb. 

Cebhe.info binanın çökmüş hissəsindən çəkilmiş görüntüləri təqdim edir.