"Samsung" şirkətinin vitse-prezidenti Li Çje Yon ifadə vermək üçün polisə çağırılıb.
Unikal.org xarici m'tbuata istinad'n xəbər verir ki, o, Cənubi Koreyanın korrupsiyada ittiham olunan prezidenti Pak Kın Xenin yaxın rəfiqəsi Çxve Sun Silin qeyri-kommersiya fondlarına pul vəsaitlərinin köçürülməsində şübhəli bilinir.
Həmin fondların fəaliyyətlərinin araşdırılması Cənubi Koreya prezidenti Pak Kın Xenin impiçmentinə səbəb olub.
Polis hesab edir ki, prezidentin yaxın rəfiqəsi böyük şirkətlərdən külli miqdarda pul vəsaitləri tələb edirmiş.
Polis hesab edir ki, prezidentin yaxın rəfiqəsi böyük şirkətlərdən külli miqdarda pul vəsaitləri tələb edirmiş.