Türkiyə Böyük Millət Məclisinin (TBMM) konstitutsiya dəyişikliyi təklifinin müzakirələri zamanı CHP-li millət vəkilləri kürsünü ələ keçirib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-li millət vəkili onları kürsüdən uzaqlaşdırmağa çalışıb. Bu zaman iki partiyanın millət vəkilləri arasında yumruqlu dava başlayıb.
Dava zamanı kürsüyə və səs sisteminə zərər dəyib və kürsü yerindən çıxıb. Səsvermə üçün istifadə edilən qutular millət vəkilləri tərəfindən bir-birinə atılıb.
Gərginlik aradan qaldırılandan sonra maddənin lehinə 343, əleyhinə isə 7 səs verilib.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər.