Türkiyədə ən azı 1 milyon dollarlıq daşınmaz əmlaka sahib olan şəxlərə, ən az 2 milyon dollarlıq sərmayə qoyan və ya 3 milyon dollarlıq bank hesabı olan şəxslərə vətəndaşlıq veriləcək.
Unikal.org-un məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet "qəzetində yazılıb.
Türkiyə vətəndaşlığı haqqında qanunda edilən dəyişiklikliyə görə:
1. Ən az 1 milyon dollar dəyərində evə sahib olmalı və 3 il ərzində həmin əmlakı satmayan
2. Ən az 2 milyon dəyərində sabit sərmayə qoyan
3. Ən az 3 milyon dollar bank hesabı olan və həmin pulu 3 il ərzində Türkiyədə fəaliyyət göstərən bankların birində saxlayan şəxslərə Türkiyə vətəndaşlığı veriləcək.
Hazırda 100 nəfərin bu qaydalara əsasən Türkiyə vətandaşlığı alması üzrə proses gedir.