Ermənistan tərəfi İrəvan ofisinin mandatının uzadılması ilə bağlı ATƏT ilə konsensus əldə edə bilməyib.

Unikal.org lragir.am-a istinadən xəbər verir ki, tərəflər arasında razılaşmanın olmaması nəticəsində ofisin fəaliyyətinin taleyi məlum deyil. 

Qeyd edək ki, hələlik Ermənistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.