London metrpoliteninin stansiyalarından birində yuxarı hərəkət edən eskalatorla aşağı düşmək istəyən şəxs ağır xəsarətlər alıb.

Unikal.org xarici mediaya istinadən bildirir ki, o, hərəkətdə olan eskalatorun lentləri arasındakı sədlə sürüşmək qərarına gəlib. Lakin sürüşmə prosesi 35 yaşlı kişinin yıxılması ilə nəticələnib. O, sol əlinin ağır travması ilə xəstəxanaya aparılıb.

Həkimlərin dediyinə görə, həmin şəxs sərxoş olub.