Bu gün Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Beyləqan rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat açıqlanıb.

ANAMA-dan Unikal.org-a verilən məlumata görə, Beyləqan rayonunun Haramı düzü adlanan ərazidə əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi (OF-26)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, 200 kv.m. ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in "102 Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Ümumilikdə, Agentlik tərəfindən 1-27 yanvar tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib, 1 514 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 17 450 kv.m ərazi yoxlanılıb.