Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ziyarət şöbəsi bu il Həccə getmək istəyən vətəndaşlardan sənəd qəbuluna başlayıb. Bildirilir ki, builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə səfərləri ilə həyata keçiriləcək.Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 ABŞ dolları təşkil edir. Builki Həcc mövsümündə azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur.

Ötən il olduğu kimi, bu ildə Həcc ziyarətinin dollarla təşkili bir sıra narazılıqllara səbəb olub.

Image result for sərdar cəlaloğluMəsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Unikal.org-a açıqlamasında QMİ-ni buna görə qınayıb:

"Artıq bu hal QMİ tərəfindən bir neçə ildir təkrarlanır. Həcc ziyarəti vacibdir və amma islam dinində bunun şərti təyin olunubdur. Yəni bu hər kəsin imkanı ilə ölçülür. Bu gün Həcc ziyarəti bir dəb halını alıb. İnsanlar borc , çirkli yollarla qazandığı pullarla da ziyarətə gedirlər. Belə düşünürlər ki, bu düzgündür. Əslində yalnız iqtisadi imkanı olan insanlar bu ziyarətə getməlidirlər.

Artıq dəfələrlə deyilib ki, Hicaz vilayyəti müqəddəs torpaq sayılır və bura Səudiyyə Ərəbistanın ərazisi deyil. Allah Təala Quranda deyir ki, Kəbə insanlığın ilk evidir. Demir ki, Səudiyə Ərəbistanın ilk evidir. Bu baxımdan müsəlmanların Məkkə və Mədinə şəhərinə getməsinə iqtisadi, siyasi, hüquqi əngəl yaradılmamalıdır. Yalnız bir əngəl ola bilər. Ora müsəlmanlar gedə bilsin. Ona görə, Səudiyyə Ərəbistanı rəhbərliyi və yerlərdəki dini komitələrin həcc ziyarətini ticarət obyektinə çevirməsi Qurana, dinimizə ziddir. Bunlar Allahın əmrinin icrasından pul götürürlər. Ona görə çox böyük günah edirlər.

Vətəndaşların imkanı yoxdursa, onlar Həcc ziyarətinə getməməlidirlər. Həcc ziyarəti məcburi deyil. İmkanı olan 10 min dollar da xərc çəkib gedəcək.

Partiya sədri deyib ki, bu gün Azərbaycan müstəqil dövlətdir və pulla həll edilən bütün məsələlər bu dövlətin milli valyutası sayılan manatla həyata keçirilməlidir:

"Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətini milli valyuta ilə həyata keçirməlidir. Bu gün biz ABŞ-ıq? Sən kimsən ki, xarici valyuta ilə iş görürsən? Azərbaycan vətəndaşı hansı valyuta ilə qazanırsa, o pulla da ziyarətə getməlidir. Necə ola bilər ki, kafirin pulunu Allahın əmrində şərik kimi qoşasan? Ona görə QMİ-nin bu addımı əslində bir ticarətdir və alver məqsədi güdür. Müsəlmanların da ora getməsinə süni maneələr olmamalıdır. Getmək üçün xüsusi əzab çəkməməli və çətinliyə düşməməlidirlər. İslamda özünü çətinə, əziyyətə salan heç nəyə icazə verilmir.

Image result for vahid əhmədovMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov QMİ tərəfindən Həcc ziyarətinin dollarla təyin olunmasının iqtisadi tərəfləri barədə danışıb: "Bizdə iqtisadi baxımdan dollar qıtlığı yoxdur. Hər bir zəvvar manatı dollara çevirə bilər. Amma QMİ-nin Həcc ziyarətinin manatla açıqlamaması barədə heç nə deyə bilmərəm. Hesab edirəm ki, QMİ-nin açıqlaması gərək manatla olardı. Ölkəmizdə hər şey manatla edilirsə, bu da manatla deyilməlidir. Azərbaycanda Həcc ziyarəti səfərlərini QMİ təşkil edir və birbaşa danışıqları Səudiyyə Ərəbistanla bu təşkilat aparır. Onlar da sözügedən ölkə ilə müqavilə əsasında ziyarət səfərlərini milli valyuta ilə etməlidirlər. Hesab edirəm ki, burada hər hansısa problem ola bilməz.