ATV telekanalının 171 saylı orta məktəbin direktorunun ölümünə səbəb olmaqda günahlandırılan "Yoxlama verilişinin aparıcısı Azər İsmayılov məsələ ilə bağlı açıqlama verib.

Unikal.org İstiPress-ə istinadən xəbər verir ki, verilişin aparıcısı direktorun ölümü haqda bunları deyib:

"Onun ölümünün mənə nə aiddiyyatı? Məni belə məsələlərə görə niyə narahat edirsiniz? Mənim heç nədən xəbərim yoxdur. Mən başqa işdəyəm. Mənim adım bu işdə niyə hallanır? Bu saytlar bizdən nə istəyir? Biz nə etmişik axı? Olmaz axı belə. Mənasız işlər üçün saytlar niyə qaşınır? Yorulmadılar? İnformasiya yoxdur? Mən gündə yüzlərlə yerə gedirəm. Çox yerdə çəkilişlər etmişik. Kimə nə olsa, belə çıxır mən günahkar olacağam?.

Qeyd edək ki, mərhum direktorun oğlu Turqay Qardaşov da açıqlamasında atasının vəfatında ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin səbəb olduğunu bildirib. Verilişin aparıcı Azər İsmayılov direktorun ölümündə ittiham olunur.