Türkiyə Ordusunun Suriyanın Əl-Bab şəhəri ətrafında İŞİD-ə qarşı keçirdiyi "Fərat Qalxanı əməliyyatında iştirak edən 5 türk əsgəri şəhid olub.
Unikal.org-un Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
İŞİD terrorçularının Türkiyə hərbçilərinin olduğu sahəyə hücumu nəticəsində daha 15 türk hərbçisinin yaralandığı bildirilib.
Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı adlı hərbi əməliyyat keçirir.