Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində apardığı "Fərat qalxanı" əməliyyatı çərçivəsində daha bir türk hərbçi ölüb, 11 əsgər yaralanıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgənin İŞİD terror qruplaşmasından azad edilməsi üçün artıq iki gündür qızğın döyüşlər gedir.
Ötən gün döyüşlərdə 5 türk hərbçi həlak olmuşdu.
Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı başlayandan Türkiyə 62 hərbçisini itirib.