Rusiya hərbi təyyarələri Suriyanın Əl Bab mahalında yanlışlıqla Türkiyə hərbçilərini vurub.

Unikal.org "Hürriyyət nəşrinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş qərargahından bildirilib.

Məlumata görə, bu gün saat 08:40 radələrində türk əsgərlərinin olduğu bir bina rus qırıcıları tərəfindən bombalanıb. Hadisə nəticəsində üç əsgər şəhid olub, biri ağır olmaqla 11 əsgər yaralanıb.