Yalovanın Zəfəran kəndində sevgilisindən ayrılanda depresiyaya düşən 18 yaşlı gənc, sosial şəbəkədə canlı yayımda intihar edib.
Unikal.org xəbər verir ki, 1 ildir ki, birlikdə olduğu sevgilisinin onu tərk etməsiylə depresiyaya düşən 18 yaşlı Ö. evlərində atasının ov tüfəngini götürərək otağına keçib. Sosial şəbəkədən canlı yayıma qoşulan gənc, bir müddət sonra ov tüfəngini sinəsinə söykəyərək tətiyi çəkib. Gənc qışqıraraq yerə yıxılıb. Səsi eşidərək otağa girən ana və atası isə oğullarını qanlar içərisində yerdə yatarkən tapıblar.
Çağırılan təcili yardımla Şəxsi Atakənd Xəstəxanasına qaldırılan gənci, edilən müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.